“Oskar” mükafatına namizəd ola biləcək filmlərin qəbuluna start verilib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdim etmək məqsədi ilə yerli filmlərinin qəbuluna başlayıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin TIME-a verdiyi məlumata əsasən, müsabiqədə 2020-2021-ci illərdə çəkilmiş və “Oskar” mükafatının bütün kriterilərinə cavab verən Azərbaycan filmləri iştirak edə bilər.

Ə. Vəliyevin sözlərinə əsasən xüsusi yaradılmış komissiyanın rəhbəri professor Şəfiqə Məmmədovadır: “Şəffaflığın təmin edilməsi məqsədi ilə komissiya üzvlərinin adları məxfi saxlanılır. Təqdim edilə biləcək filmlərin sayında və mövzusunda heç bir məhdudiyyət yoxdur. Filmlər “Oskar” mükafatının xarici filmlər nominasiyası üzrə təqdim ediləcək. 2020-2021-ci illərdə çəkilmiş filmlərin prodüserləri tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə DVD formatında disk təqdim olunmalıdır. Təqdim edilən filmlər geri qaytarılmayacaq və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılacaq. Filmlər Komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma