Binəqədidə boya sexində yanğın baş verib – VİDEO

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının asma tavan və dam örtüyü istehsalı sexinin anbarında baş verdiyi müəyyən olunub.

Yanğının mürəkkəbliyinə, obyektin ərazisində böyük həcmdə tezalışan mal-materialların (boya, sintetik məhsullar, taxta və s.) mövcudluğuna və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək bitişik anbarlara keçməsinin qarşısı alınıb və qısa müddətdə söndürülməsi təmin olunub.

Obyektin böyük hissəsi, o cümlədən bitişik anbarlar yanğından mühafizə olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma