Baş Prokurorluqdan #erkənnikahayoxdeyək kampaniyası – VİDEO

Azərbaycan Respublikası Baş Prokurorluğu erkən nikahların bağlanılmasına qarşı marifləndirici videoçarx hazırlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görülmüş tədbirlərə baxmayaraq ölkəmizdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem olaraq qalmaqdadır. 
Erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə   sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin etmişdir.
Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır. 
Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir.
Erkən nikah halları ilə üzləşdikdə dərhal “961” Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!
#erkənnikahayoxdeyək
#erkənnikahason

Leave a Reply Cancel reply