Pis rəftarın qəddarlıq dərəcəsi necə qiymətləndirilir?

Azərbaycan Respublikası Baş Prokororluğu #İnsanHüquqları heşteqi ilə növbəti maarifləndirici materail hazırlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu dəfə mövzu xəsarətlərin səbəbinin müəyyən edilməsi və pis rəftarın qəddarlıq dərəcəsinin qiymətləndirilməsidir.

Mövzu ilə bağlı Avropa Məhkəməsi bildirir ki, dövlət orqanları güc tətbiqinə əl atarkən həmin güc tətbiqinə görə cavabdehliyi, o cümlədən onun mütənasibliyi məsələsini təmin etmək üçün bu tədbirin müəyyən formada müstəqil monitorinqi aparılmalıdır (Satık və başqaları Türkiyəyə qarşı iş, § 58). Belə cavabdehliyi təmin etmək üçün, əməliyyatın düzgün tənzimlənməsi və fərdlərin hər hansı ciddi bədən xəsarəti alması riskinin mümkün qədər minimuma endirə biləcək tərzdə təşkil edilməsi məsələsi yoxlanılmalıdır.
Məhkəmə ekspertizası sübutlarının vaxtında təmin edilməməsi qəddar rəftara dair iddiaların araşdırılmasının ümumi səmərəliliyinin qiymətləndirilməsində mühüm amillərdən biridir.
Avropa Konvensiyasının 2-ci maddəsi üzrə işlərdə olduğu kimi, 3 maddə üzrə şikayətlərdə də ölkədaxili səviyyədə hansı istintaq üsulu və ya forması tətbiq edilirsə-edilsin, məsələ dövlət orqanlarının diqqətinə çatdırılan kimi onlar öz təşəbbüsləri ilə hərəkət etməli və istintaq prosedurunun həyata keçirilməsinə görə məsuliyyəti ərizəçinin öhdəsinə buraxmamalıdırlar. (Qonqadze Ukraynaya qarşı iş, § 175)

Leave a Reply