DokuBaku könüllü kino həvəskarlarını işə dəvət edir

DokuBaku (Beynəlxalq Sənədli Film Festivalı –IDFF) könüllü/fasilitatorların işə qəbulunu elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, DokuBaku IDFF, Festivalın təşkilatçılarına açılış və qapanış mərasimlərində, film nümayişlərinin təşkilində, tamaşaçılara rəhbərlik etməkdə və bacarıq və biliklərinizə uyğun hər hansı bir dəstək verə biləcək könüllü/ fasilitatorlar axtarır.

Könüllülər festival günlərində, yəni 3 – 7 Noyabr 2021 tarixlərində fəaliyyət göstərəcəklər.

Fasilitatorlar film okeanına dalmaq, bir neçə yerli və beynəlxalq istehsalçı mütəxəssislər ilə tanış olmaq və festivalın gedişatı bağlı dəyərli bir təcrübə üçün əsl fürsət əldə edəcəklər. Kino həvəskarısınızsa və özünüzü yeni bir şeydə sınamaqdan çəkinmirsinizsə, müraciətlərinizi gözləyirik!

Müraciətinizi təqdim etdikdən sonra ərizənizin qəbul etdildiyi barədə e -məktub bildirişi alacaqsınız. İlkin mərhələni keçdiyiniz halda, sizə ikinci e -poçt bildirişi gələcək, fiziki və ya onlayn müsahibəyə dəvət alacaqsınız.

Qeydiyyatdan keçmək üçün linki izləyin:

https://docs.google.com/forms/d/1TSBqEW-aWA88x0T_Iuf3P_lfydJTwhJ16nXG6LTW29Y/prefill

Sizin DokuBaku BSFF 2021 -in bir hissəsi olmağınızı səbirsizliklə gözləyirik.

Leave a ReplyCancel reply