“Rəqəmsal bacarıqlar” – 2021/2022-ci tədris ilində

2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsinin 16 şəhər və rayonu əhatə edəcəyi planlaşdırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihəyə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay, Şabran şəhər və rayonları üzrə 250 məktəbdə tədris alan 190 min şagirdin cəlb olunacağı gözlənilir. Həmçinin layihədə, ümumi olaraq, 1500-dən çox müəllim heyətinin tədris edəcəyi də istisna deyil.

Bundan başqa,  yeni tədris ilində mövcud məktəblərdə siniflərin sayının artırılması, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması da planlaşdırılır.

Qeyd edək ki, 2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma