Koronavirusa yoluxanlar hansı halda dərhal təcili yardım çağırmalıdırlar?

Xəstələr çox yorğundurlarsa, hərəkət edə bilmirlərsə, qızdırmaları düşmürsə, nəfəs darlığı başlayıbsa, təcili yardıma zəng etməlidirlər. Onların klinikaya yerləşmələri tövsiyə olunur.

Trend-in verdiyi məlumata əsasən, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib.

O bildirib ki, xəstələr ilk növbədə öz bədənlərində baş verən dəyişiklikləri hiss etməli, bilməlidirlər: “Qızdırma, öskürək olduqda qorxmaq, panikaya düşmək lazım deyil. Qızdırma bütün virus mənşəli xəstəliklərdə müşahidə edilə biləcək simptomdur. Xəstələrə tövsiyə edirik ki, əgər, qızdırma hərarət salan dərmanlara cavab verirsə, yəni dərmanlar vasitəsilə qızdırma düşürsə, o zaman bu qızdırmadan qorxmasınlar. Həmçinin, nəfəsi 10 saniyənin üzərində saxlaya bilirlərsə, panikaya düşməsinlər. Yox əgər, evdə müalicə alan xəstələrdə qızdırma düşmürsə, nəfəs alarkən öskürək, qıcıqlanma olursa, dərhal təcili yardım çağırmaq lazımdır. Bəzən xəstələr klinikaya yatmaqda gecikirlər. Bu məsələ çox önəmlidir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma