Hərbiçilərimiz müsabiqələrdə uğurla iştirak edirlər – VİDEO

İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” beynəlxalq müsabiqəsi davam edir. Müsabiqə iştirakçıları “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.

Bu epizodun şərtlərinə əsasən 3000 metr məsafədən artilleriya qurğularından döyüş atışları icra olunub və tapşırığın yerinə yetirilməsi hakimlər komissiyası tərəfindən izlənilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib. Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.

Yekun nəticəyə əsasən, hərbi dənizçilərimiz 40 xalla birinci, İran komandası 36 xalla ikinci, Rusiya təmsilçiləri 20 xalla üçüncü, Qazaxıstan komandası isə 18 xalla dördüncü yerdə qərarlaşıblar.
“Dəniz kuboku” müsabiqəsində Azərbaycan HDQ-nin “G122” və “G124” gözətçi gəmiləri və 66  hərbi qulluqçusu iştirak edir.

Artilleriyaçılarımız “Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vurub.

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.
Müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan artilleriyaçılarımız yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb.
Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar.
Qeyd edək ki, sentyabrın 2-də “Artilleriya atəşinin ustaları” müsabiqənin bağlanış mərasimi keçiriləcək. Azərbaycan hərbi təyyarələri Türkiyədə keçiriləcək “TurAz Şahini – 2021” təlimlərinə yola düşüb.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.
Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb.
Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma