COVİD-lə bağlı nələri bilmək vacibdir?

Qoxu və dadbilmənin itməsi koronavirus xəstəliyinin ciddiyyətini göstərən simptomlar deyil.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, bəzi koronavirus xəstələrində xəstəlikdən sonra əzələ-sinir ağrıları qala, bəzilərində qoxu, dadbilmə reseptorları zədələnə bilər. Xəstələr bu səbəbdən qorxuya düşməməlidirlər:

“Aparılan araşdırmalara görə, 6 ay ərzində qoxu və dadbilməsi itən xəstələr olur, amma zamanla formalaşır. Bunun üçün mütəmadi dərman qəbul etmək lazım deyil. Qoxu və dadbilmənin itməsi intensiv olaraq müalicə almağı tələb edən bir şey deyil. Xəstə var ki, 4 aydır dad və qoxu bilmir, amma mütəmadi COVID müalicəsi alır. Bu, düzgün deyil. Hətta bəzi araşdırmalar zamanı məlum olub ki, dad və qoxubilmə qabiliyyəti ilk gündən itən şəxslər xəstəliyi daha yüngül keçirirlər”.

Bundan başqa, kKoronavirusun ilkin mərhələsində bəzi dərmanların və antibiotiklərin istifadəsi ölümə səbəb ola bilər.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov müsahibələrindən birində qeyd edib: “İnsanların təşviş və qorxu içərisində koronavirusa yaxalandıqları dəqiqədən etibarən ətrafdan tibbi yardım istəyərək tibb bacıları, bəzən həkimlər tərəfindən ilk gündən evlərdə başlayan, klinik protokollarda olmayan antibiotiklər, xüsusən Deksametazon, metipred və Prednol-L kimi hormonal dərmanlarla müalicəsi yolverilməzdir.

Reanimasiyalarda istifadə olunan və ikincili infeksiyalara uyğun şəkildə tətbiq olunan bu dərman və antibiotiklərin erkən dövrdə evlərdə istifadə edilməsi keçici bir müddət yaxşılaşma hissi verdikdən sonra xəstəliyin 5-ci, 6-cı günlərində sürətli ağırlaşma ilə birlikdə nəzarətdən çıxan və bəzən müalicəsi mümkün olmayan bir problemə çevrilməsinə səbəb ola bilər.Eləcə də antibiotiklərin erkən mərhələdə istifadəsi virusla mübarizədə bədənin immun sisteminin formalaşmasına ciddi zərbə vuraraq super-infeksiyaların əmələ gəlməsinə, xüsusilə antibiotiklərə müqavimətli, çox təhlükəli, bəzən müalicəsi mümkün olmayan və koronavirusdan daha çox ölümlərin səbəbi olan bakteriyaların yaranmasına gətirib çıxara bilər.

Evlərdə xəstəliyin ilk günlərində təşviş içərisində qeyd olunan dərmanların və antibiotiklərin bədənə vurulması tibbi nöqteyi-nəzərdən çox səhv bir addımdır”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma