Açıq havada yerləşən restoranlarda COVID-19 pasportu tələb edilirmi?

Açıq havada yerləşən kafe, restoran, çay evləri və digər ictimai-iaşə obyektlərində vətəndaşlardan COVID pasportu tələb olunmur.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə istinadən verdiyi məlumata əsasən, tələblər ancaq qapalı məkanlara aiddir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, bu gündən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

Leave a ReplyCancel reply