Əks göstəriş sertifikatı, immun sertifikatı və COVİD pasportla eyni hüquqludur

Məlum olduğu kimi, bəzi ağır xəstəlikləri olan şəxslər komissiyanın qərarı ilə koronavirus əleyhinə vaksinə qarşı əks-göstəriş sertifikatı ala bilərlər. Bəs, əks-göstəriş sertifikatına sahib şəxslər vaksin pasportu və ya immunitet sertifikatı olanlarla eyni hüquqlara sahibdirmi?

Trend-in Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata əsasən, vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Yəni, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzinə əks-göstəriş sertifikatı təqdim edilə bilər. Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev də Trend-ə açıqlamasında əks-göstəriş sertifikatının vaksin pasportu və immunitet sertifikatı ilə eyni səviyyədə olduğunu bildirib. Qeyd edib ki, onlara hər hansısa bir məhdudiyyət tətbiq olunmur.

Lakin qeyd edək ki, bir neçə gün əvvəl Təhsil Nazirliyinin təhsil işçilərinin vaksinasiyası ilə bağlı keçirdiyi vebinarda çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva bildirmişdi ki, əks-göstəriş sertifikatı alan təhsil işçilərinə təhsil müəssisələrində müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Məhdudiyyətlərin nədən ibarət olacağına isə qurum rəhbəri aydınlıq gətirməmişdi.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hələlik bu barədə yekun qərar yoxdur. Yekun qərar verildikdə ictimaiyyətə təqdim ediləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma