Qazilərimizə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib

Son bir həftədə daha 521 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftədə daha 521 şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər təqdim edilib.

 Verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar.

Həmin şəxslərdən əksəriyyəti şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, o cümlədən Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin qaziləridir.

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunub. Təlimləri uğurla başa vuran şəxslər kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.

Hazırda da proqram iştirakçılarının təlimlərə cəlb edilməsi və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərlə təminatı prosesi davam edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma