Azərbaycanda 11 xarici ali təhsil müəssisəsinin diplomları tanınmır

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:

1. Dağıstan Dövlət Universiteti 

2. Cənubi Rusiya Humanitar İnstitutu

3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu

4. Rusiya Dövlət Sosial Universiteti

5. Moskva Dövlət Açıq Universiteti

6. Regionlararası Heyətin İdarəolunması Akademiyası

7. Müasir Humanitar Akademiya

8. “YUJDAQ” İnstitutu

9. Dnepropetrovsk Milli Universiteti

10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)

11. Anadolu Universiteti

Qeyd edək ki, yalnız aşağıda adları göstərilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:

1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il – 01.09.2010-cu illər ərzində);

2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

 Vətəndaşların əlavə olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma