Məktəblərdə peşəyönümü xidmətinin təşkili üçün metodik vəsait hazırlanıb

Azərbaycanda müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər sırasında maarifləndirici tədbirlər xüsusi yer tutur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu məqsədlə Təhsil İnstitutu (ARTİ) “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı metodik vəsait hazırlayıb. Vəsait şagirdlərin peşə seçimi məsələsinə həsr olunub.

Şagirdlərlə peşəyönümü işinin aparılmasına dəstək məqsədi daşıyan vəsait məktəb rəhbərləri, metodistlər, peşəyönümü rəhbəri və müəllimlər üçün nəzərdə tutulub. Həmçinin vəsaitdən təhsil mütəxəssisləri və tədqiqatçıları, tələbələr, valideynlər də istifadə edə bilər. Sözügedən vəsait ümumi təhsil müəssisələrində peşəyönümünün mahiyyəti, məzmunu və vəzifələri, peşəyönümü fəaliyyətinin təşkili, peşə maraqlarının və motivlərinin diaqnostikası kimi mövzuları əhatə edir.

Daha ətraflı məlumatı müvafiq linkdən https://bit.ly/3xpRwWO əldə edə bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma