Azərbaycan Türkiyəyə ikinci amfibiya təyyarəsi və yeni heyət göndərib

Türkiyədə yanğınlar davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına yola düşüb.

Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər yanğınsöndürən daxildir. Həmçinin, qrupa daxil olan Nazirliyin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də bu gün səhər saatlarında qardaş ölkəyə yola düşüb.

Qeyd edək ki, ötən gecə Türkiyədə meşə yanğını Kəmərköy şəhərinin istilik elektrik stansiyasına yaxınlaşıb.

“Anadolu” Agentliyinin verdiyi məlumata əsasən, küləyin təsiriylə yayılan yanğın stansiyanın hasarına çatıb. İstilik elektrik stansiyasının ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Yanğının söndürülməsinə su tankerləri və yanğınsöndürən avtomobillər cəlb olunub. Stansiyanın əməkdaşları təxliyə edilib, yanan və partlayıcı maddələr ərazidən çıxarılıb, lakin güclü küləklər yanğının söndürülməsini çətinləşdirir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma