Ağsuda yanğının söndürülməsinə helikopter cəlb edilib


Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat bu gün daxil olub.

İlkin məlumata əsasən, təxminən 15 ha sahədə quru ot və kol-kos yanır.

Leave a Reply Cancel reply