Həbsdə saxlanmada “ağlabatan müddət” anlayışı nəyi nəzərdə tutur?

“Ağlabatan” anlayışına Avropa Konvensiyasının iki maddəsində (5-ci maddənin 3-cü bəndində və 6-cı maddənin 1-ci bəndində) və 1 saylı Protokolun 3-cü maddəsində rast gəlinir. Avropa Məhkəməsinin presedent hüququnda “ağlabatan müddət” anlayışı onun işləndiyi maddənin məzmununa müvafiq olaraq müxtəlif qaydada təfsir edilir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Avropa Məhkəməsi bir neçə dəfə bəyan edib ki, “ağlabatarn müddət” anlayışını konrket miqdarda günə, həftəyə və sairəyə şamil etmək mümkün deyil (Stoqmüller Avstriyaya qarşı iş, 10.11.1969). Buna görə də, hər bir işdə qiymətləndirmə məsələsi meydana çıxır və o, işin konrket hallarından asılıdır (Broqan və başqaları Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə hakimlər Tor Vilyalmsson, Bindşedler-Robert, Gölcüklü və Valtikosun birgə xüsusi rəy).

Avropa Məhkəməsi həbsdə saxlanma müddətini tutulma anından həbsdən azad edilmə anına qədər nəzərdən keçirir. Hansı müddətin “ağlabatan müddət” olduğunu müəyyən edərkən Məhkəmə ibtidai həbsin aşıla bilməyən hər hansı maksimal müddət həddinin olması ilə bir dəfə də olsun razılaşmayıb. Çünki bu halda maksimal müddət anlayışı mücərrəd şəkildə müəyyən edilmiş olardı, halbuki hökm çıxarılarkən hər bir işin bütün xüsusiyyətləri nəzərə alınmalıdır (Stoqmüller Avstriyaya qarşı iş, W. İsveçrəyə qarşı iş, Vemhoff Almaniya Federativ Respublikasına qarşı iş).

5-ci maddənin 3-cü bəndində nəzərdə tutulan ağlasığan müddət haqqında təminat yalnız azadlıqdan məhrum edilən şəxslərə şamil olunduğuna görə, 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan cinayət işi üzrə icraat müddətinin (ağlabatan müddət haqqında tələb bütün növ məhkəmə icraatlarına şamil olunur) ağlabatan olub-olmadığına dair Məhkəmənin qərarları hansı müddətin yolverilən olduğu məsələsində istiqamətləndirici rol oynaya bilməz. İstənilən müddət, hətta ən qısa olsa belə, əsaslandırılmalıdır.

6-cı maddədə nəzərdə tutulan «ağlabatan müddət» haqqında tələb 5-ci maddənin 3-cü bəndindəki «ağlabatan müddət» tələbi ilə sıx əlaqədardır. Məhkəmə prosesi əsassız olaraq uzadılırsa, ibtidai həbs qanuniliyini itirərək qanunsuz olması ilə nəticələnə bilər. Həbsin müddəti «ağlabatan müddət» həddini aşıbsa, o, 5-ci maddənin 3-cü bəndində nəzərdə tutulan məqsədə uyğun olan həbs sayıla bilməz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma