Çin Azərbaycanın tranzit imkanlarının gücləndirilməsini dəstəkləməyə hazırdır

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Çinin həm nəqliyyat, həm də İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə, o cümlədən Çin-Avropa marşrutunda ölkəmizin tranzit imkanlarının gücləndirilməsini dəstəkləməyə hazır olduğunu bildirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.

Görüşdə ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, tranzit marşrutu üzrə hərəkət edən Çin-Avropa yük ekspresinin effektivliyinin artırılması, eləcə də nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair müzakirə aparılıb.

Eyni zamanda, poçt sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə predmeti olub.

Görüş zamanı Çin şirkətlərinin süni intellekt və digər böyük məlumatlar (big data) texnologiyaları sahəsindəki təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlığın qurulmasında maraqlı olduğumuz diqqətə çatdırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma