Azərbaycan yemişinin yeni növləri dequstasiya olunub

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən yemiş bitkisinin yeni yaradılmış, daha məhsuldar və yüksək dad keyfiyyətinə malik sort və hibridlərinin dequstasiyası prosesi həyata keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bostan bitkiləri üzrə həyata keçirilən seleksiya işlərinin nəticələri nümayiş olunub. Yeni perspektiv yemiş sortlarının dequstasiya prosesində qonaq qismində Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və bir sıra institutların nümayəndələri də iştirak ediblər.

Təqdim olunan sort nümunələri iştirakçılar tərəfindən bir neçə parametr üzrə qiymətləndirilib və müvafiq qeydlər aparılıb. İştirakçılar tərəfindən bəyənilmiş sort nümunələrinin qeydiyyata alınması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyinə təqdim olunması məqsədəuyğun hesab edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma