Sahibkarlar yalnız sertifikatlaşdırılmış qida məhsullarını idxal edə biləcəklər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pomidor istehsalçıları və ixracatçıları ilə görüş keçirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, agentliyin sədr müavinləri Rəşad Mafusov, Balarəhim Quliyev, aparat rəhbəri Elxan Mikayılovun iştirakı ilə videokonfrans formatında keçirilən görüşdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları, həmçinin pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində bu ölkədə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı “Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında” 1997-ci il 19 iyul tarixli, 109-Ф3 nömrəli Federal Qanununa edilmiş dəyişikliklər müzakirə edilib.

Görüşdə Rusiya Federasiyası tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin yeni qanunvericilik tələblərinə cavab verməyən meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin bildirilib ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinfeksiya tədbirləri həyata keçirilməlidir.

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq və pepino mozaika viruslarının aşkarlanması ilə bağlı daxil olan bildirişlər və bu halların araşdırılması istiqamətində görülən tədbirlər barədə iştirakçılara geniş məlumat verilib.

Eyni zamanda bitkiçilik sahəsində ölkəmizin və Rusiya Federasiyasının idxal tələbləri barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb. Bitki mənşəli məhsulların ixracı ilə bağlı Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və təsərrüfat sahiblərinin məsuliyyəti onlara izah olunub.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma