“Məşğulluq marafonu”na ən çox xidmət sahəsi üzrə vakansiyalar təqdim edilib

“Məşğulluq marafonu” na qoşulan işəgötürənlərin sayı 341-ə, təqdim edilən vakansiyaların sayı 1484-ə çatıb

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həmin vakansiyalar üzrə artıq 342 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 341-ə çatıb.

Onlardan 155-i dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 210-u xidmət, 98-i emal, 19-u kənd təsərrüfatı, 14-ü tikinti sahəsinə aiddir.

Marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı isə 1484-ə çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 342 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 259 qazi münasib işlərlə təmin olunublar. İşə cəlb olunanlar arasında 18-29 yaş arası şəxslər üstünlük təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma