İkili diplom proqramına sənəd qəbulu başlayıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının sənəd qəbuluna start verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA  Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat 14 avqust saat 23:55-dək davam edəcək. Müraciət üçün sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur.

Proqramın 3+1 modelinə əsaslanaraq, 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur.

Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsini əhatə edəcək.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, BMU-İNHA İDP-yə Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən I ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilər. Əlavə olaraq, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər: yazılı (riyaziyyat və fizika) və şifahi (ingilis dili müsahibəsi). Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 17-də (yazılı) və avqustun 19-da (şifahi) keçiriləcək. İmtahan nəticələri isə avqustun 23-də elan ediləcək.

Ətraflı məlumatı  elandan əldə edə bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma