Azərbaycanlı güləşçi erməni rəqibinə qələbəsini atasına həsr etdi – FOTO

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu dəfə yunan-Roma güləşçisi Rafiq Hüseynov fəxri kürsüyə yüksəlib. 33 yaşlı pəhləvan 77 kq çəki dərəcəsində bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib.

Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ilk dəfə olimpiya medalı qazanıb. O, əvvəllər iki dəfə 2011 və 2020-ci illərdə Avropa çempionluğu, həmçinin Bakı-2015 I Avropa Oyunlarının və 2019-cu il dünya çempionatının gümüş medalını əldə edib.

“Çox sevinirəm ki, nəhayət, Olimpiya medalını qazandım. Çoxdankı arzum idi. Bilirsiniz ki, bütün yarışlardan medallarım var idi. Hər dəfə bir şey olurdu, iştirak edə bilmirdim. Şadam ki, bu dəfə lisenziya qazandım və olimpiadada iştirak edib, medal qazandım”.

Bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokioda bürünc medal qazanması barədə danışarkən deyib.

Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələn Azərbaycan idmançısı rəqiblərinə fərq qoymadığını bildirib: “Əslində, düzgün yanaşma deyil. Erməniyə qalib gələndə qəhrəman olursan. Belə çıxır ki, uduzanda gərək xalq düşməni olasan. Əsas odur ki, medal qazandım. Mənim üçün bundan böyük qələbə yoxdur. Bu, atamın qələbəsidir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma