Aqrar sığorta fəaliyyəti üzrə ekspert sertifikatı imtahanına qeydiyyat başlayıb

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq üçün keçirilmiş test imtahanının I mərhələsində müvəffəqiyyət əldə edən namizədlərin imtahanın II mərhələsində iştirakı üçün qeydiyyatı başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qeydiyyat 20 avqust saat 11-dək davam edəcək.

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq üçün keçirilmiş test imtahanının I mərhələsində müvəffəqiyyət qazanaraq Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərə cəlb olunmuş namizədlərin test imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyatı aparılır.

Qeydiyyat 20 avqust saat 11-dək davam edəcək. İmtahanın II mərhələsi avqustun 21-də Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada keçiriləcəkdir.

Namizədlər “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsinə onlayn qeydiyyat” xidməti vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. 

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”lərinin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

İmtahanın II mərhələsi Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair sualları əhatə edir.

İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 120-dir. 84 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma