“Səriştəli metodist” layihəsinə qeydiyyat aparılır

Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:

– Ali təhsil;

– Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);

– Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;

– “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;

– Təşkilatçılıq bacarığı;

– Komanda ilə işləmək bacarığı;

– Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı;

– Yaş həddi: 27-45 yaş arası.

Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq. Sözügedən layihədə iştirak edərək yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edə bilərsiniz.

Namizədlər öz CV-lərini mdm@arti.edu.az e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/…/794-quot-saristali-metodist…

Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur.

https://cutt.ly/ymDZwW6

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma