Azərbaycana 20 ölkədən hava nəqliyyatı vastəsilə səfərlərə icazə verildi

Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarda dəyişiklik edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda 9 ölkə (2021-ci il 10 iyun tarixindən – Rusiya Federasiyası, Türkiyə Respublikası və 2021-ci il 21 iyun tarixindən – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan Respublikası, İsrail Dövləti, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Krallığı) vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin (COVID-19 pasportu və 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında) hava nəqliyyatı vastəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

Qərarda edilən dəyişikliyə əsasən 2021-ci il 5 avqust tarixindən yuxarıda qeyd edilən siyahıya eyni şərtlərlə aşağıdakı 20 ölkə əlavə edilir:

  1. Almaniya Federativ Respublikası;
  2. Avstriya Respublikası;
  3. Belcika Krallığı;
  4. Çexiya Respublikası;
  5. Danimarka Krallığı;
  6. İrlandiya Respublikası;
  7. İspaniya Krallığı;
  8. İsveç Krallığı;
  9. İsvecrə Konfederasiyası;
  10. Kanada;
  11. Luksemburq Böyük Hersoqluğu;
  12. Malta Respublikası;
  13. Niderland Krallığı;
  14. Polşa Respublikası;
  15. Portuqaliya Respublikası;
  16. Serbiya Respublikası;
  17. Sinqapur Respublikası;
  18. Slovakiya Respublikası;
  19. Sloveniya Respublikası;
  20. Yunanıstan Respublikası.”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma