Azərbaycan nümayəndə heyəti Türkiyəyə gedib

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin iki qrup yanğın-xilasetmə qüvvəsi hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.

FHN-in yanğın-xilasetmə qrupları sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı yerli sakinlər qarşılayıb.

Qeyd edək ki, dünən axşam saatlarında “Yeni Şafak” qəzeti xəbər verib ki, “Alovun uşaqları” terror təşkilatı Türkiyədəki meşə masivlərinin yandırılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Məlumatda sözügedən təşkilatın terror qruplaşması PKK ilə əlaqəli olduğu qeyd edilir. Türkiyə rəsmiləri hələlik bunu şərh etməyiblər, lakin Türkiyə Prezidenti yanğınların sabotaj olduğu ehtimalı ilə bağlı çıxışında “Ciyərlərimizi yandıranların, ciyərlərini sökəcəyik”, – deyərək xəbərdarlıq edib.

Onuda qeyd etməliyik ki, Azərbaycanla yanaşı Türkiyəyə yanğınları söndürmək üçün yanğın söndürən təyyarə və helikopterləri Rusiya, Ukrayna, İran və Avropa İttiqfaqı rəhbərliyi tərəfindən də göndərilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma