Tokio-2020: Azərbaycan ikinci medalını təmin edib

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci medalı təmin edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, buna 69 kq çəki dərəcəsində yer alan Alfonso Dominges nail olub. 26 yaşlı idmançı 1/4 final görüşündə türkiyəli Bayram Malkanı üstələyib.

Qaydalara əsasən, yarımfinala vəsiqə boksçuya ən azı bürünc medal təminatı verir. Bu səbəbdən, Dominges Azərbaycanın aktivinə növbəti medalı yazdıracaq. Həmin medalın əyarı isə növbəti günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanın ilk medalını bu gün cüdoçu İrina Kindzerska (+78 kq) qazanıb.

“Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu var. Sadəcə, çalışmaq lazımdır”. Bunu Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska açıqlamasında deyib.

“Çox xoşbəxtəm, hisslərimi ifadə edə bilmirəm. Biləndə ki, qalibəm, həyacandan başım gicəlləndi, bir anlıq mənim üçün hər şey dəyişdi. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu var. Bunun üçün sadəcə çalışmaq lazımdır. İnanıram ki, qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan olacaq.

Bu gün yarışa maksimum hazır idim, qalib olacağıma inanırdım. Mənə inam və dəstəklərinə görə məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına, Vitse-prezident Sadıq Sadıqova minnətdaram. Ən böyük təşəkkürümü isə ailəmə, yaxınlarıma bildirirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənə inandılar və dəstək oldular.

Mən fəxr edirəm ki, ilk medalı Azərbaycan üçün mən qazandım. Ümid edirəm, Azərbaycan idmançıları gələcək günlərdə yenə Azərbaycana medallar qazanacaqlar”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma