Ermənistan Kəlbəcərdə mövqeləri atəşə tutub

Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. 

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Leave a Reply Cancel reply