COVID-19 ev heyvanlarından insanlara ötürülə bilərmi?

Dünyada COVID-19 pandemiyasına səbəb olan və insanlarda atipik pnevmoniya yaradan SARS-CoV-2 infeksiyasının ev heyvanlarından dəri, xəz və tük, eyni zamanda qida vasitəsilə insanlara ötürülməsi barədə məlumatlar yoxdur. Buna baxmayaraq, Beynəlxalq Qida Təhlükəsizliyi Təşkilatları Şəbəkəsinin (INFOSAN) tədqiqatlarına əsasən, virusun çiy və ya yaxşı bişirilməmiş heyvan mənşəli məhsullarla insanlara ötürülmə riski hələ də aktualdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, zoonoz xəstəlik olan SARS-CoV-2 törədicisinin heyvanlardan insanlara və ya əksinə ötürülmə mexanizminin təfərrüatları barədə əsaslı elmi nəticələrin olmamasına baxmayaraq, bir sıra ölkələrdə SARS-CoV-2 törədicisi ilə yoluxmuş it və pişiklərin sahiblərində bu xəstəlik aşkar olunub.

Bununla yanaşı, ABŞ-da SARS-CoV-2 ilə yoluxmuş xidmətçidən zoopark heyvanlarına xəstəliyin ötürülməsi ilə bağlı məlumatlar da mövcuddur. SARS-CoV-2 ilə yoluxmuş insanlarla təmas nəticəsində heyvanlarının da bu infeksiyaya yoluxması barədə məlumatlara istinad edərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsi tərəfindən bu istiqamətdə elmi-tədqiqat işləri həyata keçirilib. Tədqiqatın məqsədi ev heyvanlarının (it, pişik, qaramal, qoyun və keçi) SARS-CoV-2 ilə yoluxmasının, eyni zamanda heyvanların infeksiyaya məruzqalmasının virusla yoluxmuş insan faktoru ilə bağlılığının araşdırılmasıdır. Bu məqsədlə tədqiqatın ilkin mərhələsində heyvanlardan PZR (Polimeraz zəncirvari reaksiya) müayinəsi üçün nazofaringeal və orofaringeal yaxma, immunoferment (ELİSA) müayinəsi üçün isə qan nümunələri götürülüb.  

Tədqiqatın gedişatında 211 it, 136 pişik, 19 baş iribuynuzlu (qaramal) və 268 baş xırdabuynuzlu (qoyun, keçi) heyvandan nümunələr götürülüb. Təhlillər nəticəsində 7 it və 4 pişik qanında SARS-CoV-2 törədicisinə qarşı anticisimlər aşkar edilib ki, bu da xəstəliyin heyvanlar arasında məhdud şəkildə yayılmasını göstərir. Həmçinin müəyyən edilib ki, həmin heyvanlara xidmət edən işçi heyət arasında bu xəstəliyə yoluxanlar da olub. Daha dolğun məlumatların əldə olunması məqsədilə tədqiqatların davam etdirilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma