Fermerlərlər kartof sahələrini neçəyə sığortalaya bilərlər?

Aqrar Sığorta Fondu fermer və sahibkarları kartof sahələrini sığortalamağa çağırır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycanda əkin sahələrinin növbəti sığorta vaxtı yaxınlaşır. Artıq avqust ayının sonundan etibarən fermerlər Aqrar Sığorta Fonduna müraciət edərək taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.

Aqrar Sığorta Fondu iş adamlarına və fermerləri kartof sahələrini sığortalamağa çağırır. Təqribən 11 min manatlıq kartof məhsulu yığılan sahə üçün fermerin ödəyəcəyi sığorta haqları belədir:

Qarabağ regionu – 73 manat

Şərqi Zəngəzur regionu 73 manat

Şəki-Zaqatalada – 120 manat

Lənkəran–Astara region – 49 manat

Qazax–Tovuz ərazisi – 180 manat

Mərkəzi Aran rayonları – 59 manat

Quba-Xaçmaz bölgəsi – 49 manat

Mil–Muğan regionunda – 59 manat

Abşeron-Xızı bölgəsində – 49 manat.

Gəncə–Daşkəsən regionunda – 180 manat

Şirvan–Salyan zonasında – 59 manat

Dağlıq Şirvan bölgəsində – 46 manat

Bakıda – 49 manatdır.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. 

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma