Nəqliyyatda həftəsonu məhdudiyyətləri nə vaxt ləğv ediləcək?

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, aşağıdakı tarixlərdə metro da daxil olmaqla ictimai nəqliyyat işləməyəcək:

  • 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək,
  • 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək,
  • 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək,
  • 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək,
  • 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək

Qeyd edək ki, ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən davamlı məhdudiyyətlər əhalinin narazılığına səbəb olub. İctimai nəqliyyatın işləmədiyi günlər şəxsi avtomobili olmayan əhalinin aztəminatlı təbəqəsi sosiallaşma imkanlarından məhrum edilir və fövqəladə hallar yarandıqda taksi xidmətlərinə müraciət etmək məcburiyyətində qalır, bu isə insanların kiçik gəlirlərini nəzərə alsaq böyük problemlər yaradır.

Leave a Reply