Bu gündən daha bir avtobus marşrutu BakıKart”la ödəniləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gündən etibarən daha bir avtobus marşrutunun “BakıKart”la nağdsız ödənişlərə keçdiyini elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iyulun 16-dan 62 nömrəli marşrut xətti (Sabunçu d/st.  –  N.Tusi küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xətai rayonu üzrə Neapol 32, N.Tusi küç.137, N. Tusi 294Q, S.Ə.Şirvani küçəsi ünvanlarında, Sabunçu rayonu üzrə Əsildar Məmmədəliyev 76, Kişvəri Dilməqani 11, Sabunçu qəsəbəsi – Şəhər şosesi ünvanlarında, Nizami rayonu üzrə Qara Qarayev pr. 102, Əzim Əzimzadə 34/64, Azər Manafov küç., Qara Qarayev 89, Qara Qarayev pr.1 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Leave a Reply