Təhsilin İnkişafı Fondu yaradılır

Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana əsasən Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu yaradılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu yaratmalıdır və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Təhsilin İnkişafı Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir.

Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşacaq:

  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar;
  • ianələr, qrantlar və cəlb edilən investisiyalar;
  • Fondun fəaliyyətindən əldə olunmuş gəlir;
  • qanunla qadağan olunmayan digər mənbələr.

Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi; Fondun idarəetmə orqanlarının yaradılması; Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun yenidən təşkili və ləğv edilməsi; “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi sılahiyyətləri
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyinə bu Fərmanın yuxarıda qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsini iki ay müddətində təsdiq etməlidir və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirli tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək məqsədilə onların büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən Fonda ayırmaların məbləğini iki ay müddətində müəyyən etməlidir. Fondun büdcəsini və xərclər smetasını təsdiq edərkən Fonda ayrılacaq vəsaitdən Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə ayırmalar nəzərdə tutmalıdır və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma