Beynəlxalq yarışda ölkəmizi təmsil edəcək şəxslərin seçiminə start verilir

“WorldSkills Azerbaijan” platforması ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə “WorldSkills Asia 2021” bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsinə start verir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 25 yaşadək gənclər qeydiyyat prosesində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək  və seçim mərhələsinin tapşırıq layihəsi ilə tanış olmaq üçün müvafiq keçiddən (https://cutt.ly/tmDmhis)  istifadə edə bilərsiniz. Seçim mərhələsinə qatılmaq üçün son qeydiyyat tarixi 21 iyuldur. 

Qeyd edək ki, ən yaxşı nəticə göstərən iki şəxs 28-31 iyul tarixlərində “WorldSkills Asia” tərəfindən  təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı komanda şəklində təmsil etmək hüququ əldə edəcəklər. Onlayn formatda təşkil ediləcək yarışlara 26 ölkədən təmsilçilərin qatılması nəzərdə tutulur.

Leave a Reply