Azərbaycan travmatoloqları unikal əməliyyat həyata keçirib

Vətən müharibəsi qazisinin 24 sm-lik sümük defekti uğurla bərpa olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov bildirib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa etdilər.

Onun sözlərinə görə, bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir. Adətən yumşaq toxuma defektləri (dəri, əzələ, vətər) və tez-tez rast gəlinən periferik sinir-damar sistemi yaralanmalarının müalicəsi multidissiplinar yanaşma tələb edir. Müharibə qazisində alt çənəsinin, bud və baldır sümüklərinin odlu silah yaralanmaları olub. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri defektləri bərpa olundu. İnstitutda yaradılmış ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub.

Qeyd etmək lazımdır ki, bu osteosintez üsulu böyük təcrübə və hər iki tərəfdən, yəni həkim və xəstə tərəfdən səbr tələb edir, hansı ki, gündə 1mm-ə qədər bərpa prosesi gedir. Hazırda xəstə özü sərbəst hərəkət edir və tezliklə normal həyata davam edəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma