Rusiya Federasiyası meyvə-tərəvəz idxalçıları qarşısında yeni tələblər qoyub

Xəbər verildiyi kimi, Rusiya Federasiyasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı “Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında” federal qanununun beynəlxalq əməkdaşlığa dair bölməsində müvafiq dəyişiklik olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yeni qanunvericilikdə bitkiçilik məhsullarının, pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi, o cümlədən Rusiya Federasiyasına idxal olunan pestisid və aqrokimyəvi maddələrin qüvvədə olan qeydiyyat şəhadətnaməsinin mövcud tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə onların laborator müayinələrinin aparılması üçün sınaq materiallarının və ya nümunələrin götürülməsi nəzərdə tutulur.

Eyni zamanda dəyişiklikdə bu ölkəyə ixrac olunan bitkiçilik məhsullarının istehsal yerlərində pestisidlərin və aqrokimyəvi vasitələrin tətbiqi ilə bağlı məcburi tələblərə uyğunluğun müvafiq beynəlxalq müqavilədə nəzərdə tutulan üsullarla yoxlanılması ilə bağlı dövlət nəzarətinin gücləndirilməsi öz əksini tapır.

Tətbiq olunan yeniliyə əsasən, Rusiya Federasiyası meyvə-tərəvəz məhsullarının idxalında dövlət nəzarətini daha da gücləndirib. Belə ki, Rusiya Federasiyasının yeni qanunvericilik tələblərinə uyğun olmayan və idxal tələblərinə cavab verməyən meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracı mümkün olmayacaq. Bununla bağlı olaraq, Rusiya Federasiyasına meyvə-tərəvəz ixracı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin AQTA-da qeydiyyatdan keçməklə zəruri məlumatları təqdim etmələri tələb olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma