DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlərə xəbərdarlıq edib

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün aşağıdakı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Ali təhsil üzrə

Komissiyanın adıKomissiyanın kodu
Aktyor sənəti50
Rejissorluq51
Operator sənəti52
Bəstəkarlıq (NDU)69
Fortepiano (NDU)71
Orkestr alətləri (NDU)72
Musiqişünaslıq (NDU)73
Xalq çalğı alətləri (NDU)74
Dirijorluq (NDU)75
Musiqi müəllimliyi (NDU)76
Musiqi müəllimliyi (GDU)83
Musiqi müəllimliyi (LDU)93
Xanəndəlik(NDU)95
Milli vokal(NDU)96

11 illik üzrə

Komissiyanın adıKomissiyanın kodu
İnstrumental ifaçılıq43
Xalq çalğı alətləri44
Xanəndəlik45
Klassik vokal47
Aşıq sənəti59

   9 illik üzrə

Komissiyanın adıKomissiyanın kodu
Təsviri sənət211
Heykəltəraşlıq212
Bədii yaradıcılıq141

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

–      imtahana buraxılış vərəqəsini; 

–      Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız); 

–      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

–  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin səhifəsində “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma