Daha bir marşrut BakıKart-la ödənişə keçib

Bakı Nəqliyyat Agentliyi (BNA) daha bir marşrutu “BakıKart”-la nağdsız ödəniş sisteminə keçirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gündən etibarən 217 nömrəli marşrut xətti (“Koroğlu” NMM– “Yanardağ” Məhəmmədi qəsəbəsi ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Babək küç.336, (Zabrat qəs.) Oktyabr küç.,(Zabrat qəs.) Sadiq Cəfərov küç., 26. (Zabrat qəs)  Sabunçu qəs.,(şəhər şosesi) Abşeron rayonu üzrə Çingiz Müstafayev küç.,13 (Məhəmmədi qəs.). Məmmədili qəs. ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. 

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Leave a Reply