Bioloji hücum əlamətləri və əks tədbirlər

Bioloji hücum bioloji (bakterioloji) silahlar vasitəsilə həyata keçirilir. Bioloji (bakterioloji) silahlar kütləvi qırğın silahlarına aiddir və insanların, flora və faunanın məhv edilməsi, ərzaq ehtiyatlarının və suyun zəhərlənməsi üçün tətbiq olunur. Bioloji (bakterioloji) silahların əsas zədələyici amillərini xəstəliktörədici mikroblar (bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər) və bakteriyaların toksinləri təşkil edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu maddələr qida, hava, dəri və s. vasitəsilə orqanizmə daxil olur, sibir xorası, çiçək virusu və s. virusların yayılması ilə müxtəlif xəstəliklərə səbəb olur.

Bioloji silahların tətbiqinin əlamətləri:

  • döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;
  • binaların damı və divarlarında, yarpaqların üzərində, yollarda tozaoxşar və ya qatı maye şəkilli maddələrin olması;
  • ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;
  • bombaların, döyüş mərmilərinin, konteynerlərin və ya müxtəlif bağlama və qabların düşdüyü yerlərdə çoxlu həşərat və ya gəmiricilərin olması;
  • əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev heyvanlarının və quşların qəflətən kütləvi qırılması və yə xəstələnməsi;
  • yadda saxlayın ki, xarici mühitdə çətin aşkar olunan bəzi mikrob və toksinlər ətrafda uzun müddət yaşaya və öz mənfi təsirlərini göstərə bilər.

Bioloji hücum təhlükəsi yaranarsa nə etməlisiniz?

  • rəsmi qurumların xəbərdarlığını izləyin;
  • yaşadığınız ərazinin təhlükəli rayona aid olub-olmadığını dəqiqləşdirin;
  • yayılan xəstəliyin əlamətlərini və yoluxma üsullarını öyrənməyə çalışın;
  • aidiyyəti qurumların müvafiq göstəriş və tələblərini yerinə yetirin;
  • müraciət edəcəyiniz tibb müəssisəsinin yerini dəqiqləşdirin.

Yoluxmadan qorunma yolları:

  • olduğunuz məkanın hava ilə təmasını məhdudlaşdırın;
  • gigiyenik prosedurlar və sanitar normaları yerinə yetirin, həkim məsləhətinə əməl edin;
  • ağız və burnunuzu qalın parça material ilə bağlayın;
  • bədəninizdə olan açıq yaraları qoruyun;
  • yaxşı qidalanın və dincəlin;
  • yoluxma ehtimalı olan insanlardan uzaq olun;
  • xəstəliyin əlamətlərini özünüzdə hiss etdikdə dərhal həkimə müraciət edin.

Yoluxma əlamətləri necə müəyyən edilir?

  • 37oC-dən yüksək hərarət;
  • başgicəllənmə və ürək bulanması;
  • baş ağrısı;
  • qarın boşluğunda ağrı;
  • ishal;
  • üzdə solğunluq və ya qızarma;
  • öskürək;
  • qulaqlarda ağrı;
  • burundan qatı axıntılar;
  • boğazda ağrı;
  • dəridə səpgi;
  • iştahanın olmaması və halsızlıq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma