Palçıq vulkan Daşlı adasında püskürüb və zəlzələ ocaqlarını oyatmayıb

Vulkan püskürməsi 8 dəqiqə davam edib, lakin hələdə od alovlanmaqda davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən Xəzər dənizindəki Daşlı adasında palçıq vulkanının püskürməsi qeydə alınıb.

Ümumi gücü 2,17 ml olan vulkan püskürməsi 1,48 km dərinlikdə baş verib və 8 dəqiqə davam edib. .

Hadisə lat=39.62 lon=49.71 koordinatlarında iyulun 4-də saat 21:51-də baş verib. Bu gün Xəzər dənizində seysmik aktivliyin davamı olaraq dənizində xəritədə göstərilən koordinatlarda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün mətbuat konfransında deyib ki, hadisədən sonra sadəcə kiçik bir zəlzələ baş verib. Təkanlar 44 kilometr dərinlikdə qeydə alınıb.

“Ümumiyyətlə, Abşeronda zəlzələ ocağı yoxdur. Bakı və Abşeron üçün təhlükə həmişə Xəzərdən gəlib” – deyə, Qurban Yetirmişli qeyd edib.

Seysmologiya mərkəzinin verdiyi məlumata əsasən, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması prosesinə start verilib. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən artıq İsmayıllı, Daşkəsən və Tovuz rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda digər rayonlarda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir. 

Xatırladaq ki, “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia layihəsi çərçivəsində Azərbaycanda  22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma