Yeni Azərbaycan serialının qala gecəsi keçirilib

“Azərkitab-Kitab Mərkəzi”nin nəzdində fəaliyyət göstərən Cabir Novruz adına poeziya evində, kino-rejissor Faiq Nağıyevin və ssenari müəllifi Yeganə Kərimzadənin “Sükutun Fəryadı” eyni adlı əsərinin motivləri əsasında 40-seriyalı bədii filmin təqdimat mərasimi keçirilib.

Trend-in verdiyi məlumata əsasən, tədbirdə incəsənət, teatr və kino xadimləri, film heyyəti, sənətçilər və media nümayəndələri iştirak etdilər. Filmdə Xalq Artisti Vidadi Əliyev, Əməkdar Artistlər Azad Şükürov, Vaqif Kərimov, Zemfira Nəcəfova, İlham Əsədov, Prezident Təqaüdcüsü Oğuz Alparslan, Əjdər Zeynalov, Gülşən Hüseynli, Habil Xanlarov və başqaları iştirak etmişlər. Filmin redaktoru – Lalə Qəzənfər, direktoru – Sərxan Mustafayev.

Qala gecədə film yaradıcı heyyətinin təntənəli keçidini və ümumilikdə tədbirin açilişini “Qarabağ şikəstəsi” və “Xudayarın təsnifi” ifalarinin sədalari altinda qeyd etdiler. Muğam ifaçisi Səfali Mirzəliyevi tarda Cəbrayil Göyüşov, kamanda isə Elşən Qəribov müşaiət etdilər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasinin Dövlət Himni ilə başladi daha sonra isə Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildiler.

Yaradıcı heyət film haqqında bəhs edib, 1-ci seriya təqdim olunub.

“Sükutun fəryadı” çoxseriyalı bədii filmində yaşadığımız günlərin reallıqları əks olunub. Belə ki, xeyirlə şər qüvvələrin mübarizəsi insanlıq yaranan gündən davam etdiyi kimi bu filmdə də fərqli qarşıdurmalarla rastlaşacaqsınız. Türkü özünə əbədi və əzəli düşmən hesab edən erməni, daima içimizdə yaşasa da o iblis siyasətlərini hər zaman yeritməyə çalışıblar. Ermənistan tərəfindən dəstəklənən etnik ermənilərin ölkəmizə və dinc əhalimizə qarşi törətdikləri (real hadisələr) iblis siyasətlərinin və pis əməllərindən bəhs olunur. “Sükutun fəryadı” çoxseriyalı bədii filimində içimizə sızıb, illərlə yabanı bitki kimi yayılıb, öz gizlin oyunlarını həyata keçirən kökü erməni olanların gizlin oyunlarını və ifşasını görəcəksiniz. Filmdə var dövlət, pul qazanmaq xatirinə düşmənlə birlik olan bəzi sapı özümüzdən olan baltaların da obrazlarına rast gələcəksiniz. Saf sevgi xətləri, onların xoşbəxtlik uğrunda mübarizələri Fərhadla Şirin obrazında gözləriniz qarşısında canlanacaq.

Filmin əsas qayəsi, torpağına, elinə, dövlətinə sədaqətli insanların qələbəsini göz önünə gətirməkdir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma