Dərimizi Günəş şüalarının mənfi təsirlərindən necə qorumalıyıq?

Qızmar Günəş və dəri xəstəlikləri. Dərimizi Günəş şüalarının mənfi təsirlərindən necə qorumalıyıq?

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Fərid Mahmudov növbəti müsahibəsində dərimizi Günəş şüalarının mənfi təsirlərindən qorumaq üçün məsləhətlər verib.

Müsahibədə F. Mahmudov hazırda insanları ən çox narahat edən məsələlərdən biri olan qızmar Günəşin təsirindən yaranan bir çox dəri xəstəlikləridir. Bu problemlərin yaranmaması üçün nələri bilmək lazımdır, onların müalicəsi necə aparılmalıdır və hansı dərman vasitələrindən istifadə etmək olar?

Adətən yay aylarında bəzi insanlar dərisinin Gunəş şüalarının təsirindən qaşındığını, qızardığını söyləyirlər. Bu hallara qarşı hansı tədbirləri görmək olar?

Buna müasir tibb elmində fotodermatoz deyirlər. Yəni dərinin Günəş şüası, o cümlədən ultrabənövşəyi şüalara məruz qalmasından meydana gələn anormal reaksiya. Simptomları dəridə səpkilər, şişmə və qabarcıqların olmasıdır. Günəşə qarşı həssas olan insanlar günün qızmar vaxtlarinda çölə çıxmamalı, baş örtüklərindən, eynəklərdən, o cümlədən dərini qoruyan bir sıra kremlərdən (spf tərkibli) istifadə etməlidirlər. Fotodermatozun müalicəsində topik steroidlər, antihistamin preparatlardan istifadə etmək lazımdır.

Bəzən də açıq havada uzun müddət qaldıqdan sonra dəridə xoşagəlməz ləkələr yaranır. Bunun gələcəkdə sağlamlığa hər hansı təsiri olurmu?

Bu adətən bədənin üst nahiyəsində ləkə şəklində görünən bir xəstəlikdir. Bu xəstəliyə səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan Pityrosporum ovale adlı zərərsız maya göbələyidir. Onun sağlamlığa heç bir mənfi təsiri yoxdur. Ancaq dəridə kosmetik deffekt sayılır. Ləkələr açıq çəhrayı, tünd və açıq qəhvəyi, bəzən də ağ rəngdə olur. Məhz ona görə də bu xəstəliyin adı rəngbərəng dəmrovdur. Göbələyin dəridə yayılma səbəbi isti və nəmli havada çox tərləmək, dərinin yağlı olması, zəifləmiş immun sistemi, hormonal dəyişikliklər və sairdir. Rəngbərəng dəmrov daha sox yeniyetmə və gənc yaşlarda olur. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrində (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Həmin ləkələrin üzərində bəzən incə pulcuqlar da görünə bilər. Bu zaman heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ilə müşayiət oluna bilir.
Bu xəstəliyə diaqnoz müayinə zamanı qoyulur. Ona görə də bunun üçün heç bir analiz lazım deyil. Ancaq dəri rəngindən asılı olaraq səpkilərin tonları dəyişkən ola bilir, bunun üçün “vud lampası” ilə müayinə etmək lazım ola bilər.

Həkim, Günəşdən üzə tund ləkə düşməməsi üçün nə etmək lazımdır?

Bunun adı melasmadır. Bədənin Günəş görən hissələrində sonradan ortaya çıxan, qəhvəyi rəngdə ləkələr şəklində özünü göstərən bir dəri xəstəliyidir. Bu ləkələrə xloasma da deyilir. Adətən üzün hər iki tərəfi zədələnir, ən çox yanaqlar, burun, alın və dodaq üstündə görünür. Bu xəstəlikdən qorunmaq üçün Günəş işığına çıxmazdan öncə spf tərkibli qoruyucu kremlərdın istifadə etmək lazımdır. Payız aylarında isə həmin tünd ləkələr nisbətən solur.

Fərid müəllim, yay aylarında insanlarda qoltuqaltı nahiyə daha cox tərləyir. Buna qarşı hansı vasitələrdən istifadə etməyi məsləhət görərdiniz?

– Həddən artıq tərləmənin ən müasir və təsirli müalicə növlərindən biri botulinoterapiya ilə müalicədir. Botoks tərkibində Botulinum deyilən bir toksin olan dərman vasitəsidir. Kosmetologiyada üzdəki qırışların açılması üçün botoks inyeksiyalarından geniş istifadə olunur. Eyni zamanda, botoks qoltuqaltı bölgədə həddindən artıq tərləməyə qarşı da istifadə edilir. Botoks vurulandan dərhal sonra çox tərləmə problemi aradan qalxır. Dərmanın təsiri 4-6 ay davam edir. Adətən ildə bir dəfə, havalar istiləşəndə bu proseduru təkrar etmək lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma