Sabahdan plastik qabda mal satanlar cərimələnəcəklər

Sabahdan etibarən plastik materiallar artıq inzibati xətanın bilavasitə obyektinə çevriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağası çərçivəsində həyata keçirilir.

Dövlət Gömrük Komitəsi bu qəbildən olan məhsulların idxalı ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb. Qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanuna müvafiq tədbirlərin həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub.

Vəzifəli şəxslər və hüquqi şəxslər istehlakçılara plastik materillardan hazırlanmış paketlər və qablar verdikdə və ya satdıqda müvafiq olaraq 1000 manatdan 1500 manatadək və 3000 manatdan 4000 manatadək cərimələnəcəklər, çünki plastik materiallar artıq inzibati xətanın bilavasitə obyektidir.

Bu arada əhaliyə plastik qablaşdırmada satılan məhsullardan imtina edərək şüşə qablarda satılan məhsullara üstünlük verməyi və polietilen paket əvəzinə kağız və ya parçadan hazırlanmış torbalardan istifadə etməyi tövsiyə edilir. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma