Lütfi Zadənin xatirəsi əbədiləşdiriləcək

Nazirlər Kabineti görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texnikihumanitar liseyə Lütfi Zadənin adı veriləcək.

Bununla yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə görüləcək işlər “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2450 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən həyata keçiriləcək.

Leave a Reply