Yanğın baş verdikdə nə etmək lazımdır? – VİDEOTƏLİMAT

Dünya üzrə hər gün yanğın hadısələri baş verdiyini nəzərə alsaq bu hadisənin istənilən yerdə diqqətsizlikdən və ya digər səbəblərdən baş verə bilməcəyindən zəmanətin olmadığını başa düşürük. Lakin bu hadisə baş verdikdə düzgün davrandıqda onun az ziyanla və xəsarət almadan öhdəsindən gəlməyin mümkün olduğu məlumdur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edilməsi tövsiyə olunur.

– “112” qaynar xəttinə məlumat verin;

– od söndürücü balon və ya əl altında olan digər vasitələrlə  (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;

– yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;

– mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;

– ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun; 

– yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;


– döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;

– yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;

– uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;

– mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;

– xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;

– liftdən istifadə etməyin;

– qonşuları xəbərdar edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma