Suraxanı avtobusları “BakıKart”-a keçirilir

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gündən etibarən daha iki avtobus marşrutu gediş haqqı ödənişlərini BakıKartla qəbul edəcəyini elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iyunun 29-dan 208 və 209 nömrəli marşrut xətti ( Bakıxanov d/st. –  Suraxanı qəs. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Suraxanı rayonu üzrə Tofiq Bayram küç. (Əmircan qəs.), Malik Mustafayev küç., Balandin küç., İlham Şükürov küç., Əhməd Mehbalıyev, Sakit Qocayev küç., Səttar Bəhlulzadə küç. (Bülbülə qəs.), Ə.Mehbalıyev küç. (Qaraçuxur qəs.), A.Rzayev küç.keçid 1849, Hacı Zeynalabdin Tağıyev küç., (Əmircan qəs.), Sabunçu rayonu üzrə isə Sülh küç., X.Xasməmmədov 78A (Bakıxanov qəs.), Muxtar Fətəliyev 158 (Bakıxanov qəs.), Yavər Əliyev 28B (Bakıxanov qəs.), Əhməd Mehbalıyev 23, Nazim İsmayılov 7 (Bakıxanov qəs.) ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Leave a Reply