Binalarının girişində avtomobilləri nizamsız park edənlər məsuliyyətə cəlb ediləcəklər

Baş Prokurorluq yanğın təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

TIME Baş Prokurorluğun rəsmi məlumatına istinadən bildirir ki, son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayı artıb və yanğınsöndürənlər binalara daxil olmaq imkanı olmadığına görə bir çox hallarda yanğının söndürülməsində ciddi maneələrlə üzləşirlər.

Məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir.

Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır.

İnsanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edib ki, yuxarıda göstərilən qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Leave a Reply Cancel reply