Qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin 103-cü il dönümünü qeyd edir

Bu gün, 26 iyun 2021 il tarixində, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü il dönümünü qürur və kədər hissi ilə qeyd edir.

Azərbaycan Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun “Silahlı Qüvvələr Günü” elan edildi elan edildi. 1998-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələri Günü 9 oktyabrda qeyd olunurdu. Müasir müstəqil Azərbaycan tarixində isə ilk hərbi parad 9 oktyabr 1992-ci ildə baş verdi.1991-ci ilin bu günü Azərbaycan Ali Soveti milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında qanun qəbul edib.

Ötən il Azərbaycan ordusunun Zəfəri ilə tamamlanan 44 günlük İkinci Qarabağ müharibəsi xalqımıza böyük sevinci hissi yaşatdı. Bu qələbə qəhrəman Azərbaycan oğullarının, əbədiyyətə qovuşmuş şəhidlərimizin canı və qazilərimiz qanı sayəsində qazanıldı.

Bakıda 2020-ci il dekabrın 10-da Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etdilər.

Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi.

Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirildi.

Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olundu. Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak etdilər.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycanın bu gün yaşadığı sevinc, tarixi ədalətin bərpa olunması kimi qiymətləmndirilə bilər. 26 iyun 1918-ci ildə Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə yaradılan, Müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fərmanı ilə Müsəlman Korpusu ayrı-ayrı Azərbaycan Korpusu adlandırılmışdır. Bu qərar müstəqil Azərbaycanın silahlı qüvvələrinin yaradılması üçün hüquqi əsas idi. General-leytenant Əli-Ağa Şıxlinski Azərbaycan korpusunun komandiri təyin edilmişdir.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətindəki ilk hərbi parad Bakıda, indiki Muzey Mərkəzinin ərazisində keçirilmişdir. O vaxtda, hadisələr bu günkü kimi Türkiyə və Azərbaycan birliyi ilə baş verirdi, lakin bu günün reallığı hər iki tərəfdaşın illər sonra qazandığı təcrübə nəticəsində, güclənərək daha qətiyyətli olduğunu göstərir. Ümummilli liderimiz Heydər Əliyevin bir millət iki dövlət fəlsəfəsi tam olaraq özünü nümayiş edir və türk birləşərək dahada güclü olur, dünya arenasında layiqi olduğu yeri tutur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma