“Vətəndaş müraciətləri” xidmətindən necə istifadə edə bilərsiniz? -VİDEO

Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə “Vətəndaş müraciətləri” xidməti təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, xidmət https://portal.edu.az/ platformasına əlavə olunub.

Xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir. Sözügedən xidmətdən yararlana bilmək üçün aşağıdakı videotəlimatı izləyə bilərsiniz.

Leave a Reply